Anadan  DƏHŞƏTLİ   əməl: Azyaşlı uşaqlarını dərəyə atdı,  biri donub öldü
23 dekabr 2021 19:37 (UTC +04:00)

Anadan DƏHŞƏTLİ əməl: Azyaşlı uşaqlarını dərəyə atdı, biri donub öldü

Saratov vilayətinin Atkar kəndində dərədən əyinlərində üst paltarları olmayan 8 yaşlı oğlan və 5 yaşlı qız tapılıb. 

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, 15 dərəcə şaxtada donan oğlan ölüb, qız kəskin soyuqdəymə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Hadisə dekabrən 22-də baş verib. Şaxtalı havada dərədə qalan uşaqları yerli sakinlər görüblər. Sonradan bu dəhşətli əməli edən 43 yaşlı ana saxlanılıb. Onun qeyri-adekvat vəziyyətdə olduğu bildirilir. 

Məlumata görə, qadın 2 övladı ilə Atkar kəndinə keçən ilin avqust ayında Prokudino kəndindən gəlib. Oğlan sentyabr ayında məktəbə gedib, lakin iki ay sonra anasının istəyi ilə ailə təhsilinə göndərilib. 

Daha bir məlumatda isə qeyd edilir ki, qadın övladlarını çölə atmazdan əvvəl onları boğmağa cəhd edib. 

Bildirilir ki, qadın uşaqların pis davranışlarına görə qəzəblənib və onları boğmağa başlayıb. Onlar həyat əlamətləri göstərməyi dayandırdıqda o, cəsədləri çölə ataraq qaçıb.

Son məlumata görə, xəstəxanaya yerləşdirilən 5 yaşlı qızın vəziyyəti kritikdir, hələ də reanimasiyadadır. Həkimlər onun vəziyyəti ilə bağlı heç bir proqnoz verməyiblər. Həkimlər uşağın həyatını xilas etmək üçün hər şeyi edirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4203
avatar

Oxşar yazılar