Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.
Qəsəbə sakini 1984-cü il təvəllüdlü N.Əmrahova və onun qızı 2006-cı il təvəllüdlü R.Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara lazımı tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumatına görə, ana və övladı yaşadığı evdə dəm qazından zəhərləniblər.