Türkiyədə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kütahya şəhəri Qızıldaş qəsəbəsində baş verib. Ö.E.nin idarə etdiyi TIR Osman Kırdökün idarə etdiyi minik avtomobili ilə toqquşub. Nəticədə Kırdökün 75 yaşlı anası Nazmiye K. hadisə yerində ölüb.
Xəstəxanaya yerləşdirilən Osman K. isə bütün tədbirlərə baxmayaraq, orada vəfat edib.
Araşdırma aparılır.