Ana qızını oğlunun gözü qarşısında  diri-diri yandırdı
20 fevral 2023 19:19 (UTC +04:00)

Ana qızını oğlunun gözü qarşısında diri-diri yandırdı

0

Altay diyarında ana bir il yarımlıq qızını səkkiz yaşlı oğlunun gözü qarşısında diri-diri yandırıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qadın saxlanılıb, azyaşlının xüsusi amansızlıqla qətlə yetirilməsi maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, fevralın 20-də günorta saatlarında Sovet rayonunun Urojaynoye kəndində yerli sakin bir yaş yarımlıq qızını anbara gətirib. Qıza yanar maye tökən ana 8 yaşlı oğlunun gözü qarşısında onu yandırıb və hadisə yerindən qaçıb. Uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Müstəntiqlər müəyyən ediblər ki, ailə qeyri-funksional kimi qeydiyyatdadır, bu ilin yanvarında məhkəmə qadının valideynlik hüququnu məhdudlaşdırıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3567

Oxşar yazılar