Ternopolda iki qadın aclıqdan ölüb, cəsədləri üç həftə qapısı bağlı qalıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, güclü meyit qoxusu hiss etməyə başlayanda qonşular həyəcan təbili çalıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzili açdıqdan sonra 1943-cü il təvəllüdlü təqaüdçü və onun 50 yaşlı kiçik qızının meyitlərini aşkar ediblər. Polisin mətbuat xidmətinin məlumatına görə, qadınlar təxminən iki-üç həftə ölüblər.
Mənzildə mərhum pensiyaçının böyük əlil qızı da olub. O, sağ qalıb, amma o qədər arıqlayıb ki, çəkisi 30 kiloqram olub. Qonşular bildiriblər ki, bir ay əvvəl ev sahibəsinin kiçik qızı ərzaq almaq və kommunal xərcləri ödəmək üçün mənzildən çıxırmış.
Pandemiyanın başlanmasından sonra o, xəstəxanadakı işindən çıxarılıb və vaxtını yaşlı ana və əlil bacısına qulluq etməyə həsr edib.
Onların yeganə gəlir mənbəyi əlil ana və qızının pensiyası olub. Sağ qalan qadın isə xəstəliyi səbəbindən faciənin səbəbləri barədə heç nə deyə bilmir.
Məlumata görə, qadınların ölümünə səbəb ac qalmaları olub.