Ana oğluna narkotik tərkibli  konfet aldı, sonra...
20 yanvar 2024 10:45 (UTC +04:00)

Ana oğluna narkotik tərkibli konfet aldı, sonra...

ABŞ-da bir qadın uşağına narkotik tərkibli konfet alıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Cənubi Karolina ştatının Fort Mill şəhərində baş verib.

Belə ki, Katherine Battereit adlı qadın 6 yaşlı oğlu üçün təsadüfən tərkibində narkotik maddə olan konfet alıb. 

O bildirib ki, oğlu konfeti yedikdən sonra onu xəstəxanaya aparıb.

"Qorxdum. Körpəmi öldürdüyümü zənn etdim. O, piştaxtada nəyisə göstərdi və konfetə baxmadan onu aldım. Oğlum konfeti yedikdən sonra qəribə davranmağa başladı və başgicəllənmədən şikayətləndi. Konfetin etiketinə baxdıqda narkotik tərkibli olduğunu gördüm”.

Qeyd edək ki, uşaq altı saat reanimasiyada yatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4039

Oxşar yazılar