Samara vilayətinin Tolyatti şəhərində kilidli mənzildə iki uşaq zibil və butulkaların arasından tapılıb. Könüllülər ailədəki vəziyyəti öyrəndikdən sonra evin qapısı polis tərəfindən açılıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 27 yaşlı qadın tez-tez içki içib, üç yaşlı qızı və üç aylıq oğlunu döyüb və onları pişik yeməyi yeməyə məcbur edib.
Könüllülər qızı dəhşətli vəziyyətdə tapıblar - o, aclıqdan arıqlayıb və bədənində çoxsaylı həşərat dişləmələrinin izləri qeydə alınıb.
Yerli “Xoşbəxtlik hüququ” QHT-nin rəhbəri Marina Fedotovanın sözlərinə görə, ana bir neçə dəfə “yaş pişik yemi olan çantanı açıb, yerə töküb və “Yeyin” deyib. İlkin məlumata görə, qadın dörd gün uşaqlarını yedizdirə bilməyib.
Uşaqlar ailədən uzaqlaşdırılıb, analarına təhlükə altında qoyduğu üçün cinayət işi açılıb.