Ana həbsdəki oğluna narkotik gətirdi - BAKIDA
27 sentyabr 2022 11:54 (UTC +04:00)

Ana həbsdəki oğluna narkotik gətirdi - BAKIDA

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nicat Şahvələd oğlu Cəfərova anası Saatlı rayon sakini Zərqələm Şükür qızı Cəfərova tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman oradakı idman şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,036 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 2040
avatar

Oxşar yazılar