Ambulans qəza törətdi, qadın maşında doğdu
15 dekabr 2023 14:19 (UTC +04:00)

Ambulans qəza törətdi, qadın maşında doğdu

Yujno-Saxalinskdə təcili yardım maşınının qəzaya uğraması doğuşla nəticələnib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə həkimlər doğum sancısı olan qadını perinatal mərkəzə apararkən baş verib. Avtomobil sayrışan işıqlarla hərəkət etsə də, maşınlardan biri ona yol verməyib və toqquşma baş verib.

Artıq qadını daşımaq mümkün olmadığından tibb işçiləri körpəni maşında dünyaya gətiriblər. Proses təxminən 10 dəqiqə çəkib. 3400 qram ağırlığında sağlam qız uşağı dünyaya gəlib.

Ana və körpə başqa təcili yardım maşını ilə perinatal mərkəzə aparılıb. Ana və qızı hazırda həkimlərin nəzarətindədir və özlərini yaxşı hiss edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3513
avatar

Oxşar yazılar