Almaniyada yaşayan azərbaycanlı həkim itkin düşüb.
Bu barədə Lent.az-a Almaniyada yaşayan azərbaycanlılar məlumat verib.
Onların sözlərinə görə, Bavariya vilayətinin Lohr-am-main şəhərində yaşayan Toğrul Cəfərlidən 3 gündür xəbər yoxdur.
Onun həmin şəhərdə psixoloji xəstəxanada həkim işlədiyi bildirilir.
Qeyd olunur ki, T. Cəfərli həmin xəstəxanada son vaxtlar gecə növbəsində işlədiyi üçün səhhətində müəyyən problemlər yaranıb və depressiyadan əziyyət çəkib.
Hazırda şəhərin kriminal polisi işi ciddi nəzarətə götürüb və axtarışalra davam edir.
Toğrul Cəfərli