"AL" market Bakının Binəqədi rayonundakı filiallarından birində nöqsan aşkarlanıb.
Lent.az xəbər verir ki, marketin gömrük qaydalarını pozması müəyyənləşib. "AL" market barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Bu maddə üzrə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.