Xaçmazda yoxlamalar zamanı karantin postundan şəhər ərazisinə daxil olmaq istəyən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, özünütəcrid qaydalarına əməl etməyərək yaşadığı ünvanı tərk edən Şabran rayon sakini Aydın Məmmədov Xaçmaz rayonuna daxil olmaq istəyən zaman saxlanılıb. Qqaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan A.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.