Ağsunun kəndində MÜNAQİŞƏ:  qonşunu   güllələdi-YENİLƏNİB
31 may 2024 20:07 (UTC +04:00)

Ağsunun kəndində MÜNAQİŞƏ: qonşunu güllələdi-YENİLƏNİB

Mayın 31-də saat 19 radələrində Ağsu rayonunda 1981-ci il təvəllüdlü Osmanov Sahib Sərxan oğlunun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır.


***
19:47

Ağsuda güllələnmə baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb. Hadisənin qonşular arasında münaqişə nəticəsində baş verdiyi bildirilir.

İkin məlumata görə, atəş nəticəsində qonşu digər qonşusunu ov tüfəngi ilə qol nahiyəsindən ağır yaralayıb.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2643
avatar

Oxşar yazılar