Ağsuda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağsu rayonunun Yenilik kəndində xırdabuynuzlu heyvanların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Qahir Eyvazov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki,çoban işləyən Q.Eyvazov nobatda olarkən kənd sakinlərinə məxsus heyvanları oğurlayaraq ayrı-ayrı şəxslərə satıb. Keçirilmiş tədbirlərlə satdığı şəxslər də müəyyən olunub və həmin xırdabuynuzlu heyvanlar sahiblərinə geri qaytarılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.