Ağsuda ana və oğlu qazdan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
38 yaşlı Vəfa Teymurova və 7 yaşlı oğlu M.Teymurov yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Araşdırma aparılır.