Ağstafada yolu keçmək istəyən kişini maşın vurub öldürdü
21 dekabr 2023 08:24 (UTC +04:00)

Ağstafada yolu keçmək istəyən kişini maşın vurub öldürdü

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçvəli kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüldü Qiyas Məmmədovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı aradırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3313

Oxşar yazılar