Ağstafada 15 yaşlı məktəbli qəflətən ölüb.
Bu barədə Lent.az-a Ağstafa şəhər 1 nömrəli məktəbdən məlumat verilib.
Belə ki, məktəbin 10-cu sinif şagirdi, 15 yaşlı Fariz Qasımovun tənəffüsdə halı pisləşib. Xəstəxanaya aparılan şagird yolda həyatını itirib.
Qeyd edək ki, bu barədə ilkin xəbər apa.az saytında yayımlanıb.