Ağstafada qəzada ölən oğlanın FOTOSU   -YENİLƏNİB
16 iyun 2023 11:50 (UTC +04:00)

Ağstafada qəzada ölən oğlanın FOTOSU -YENİLƏNİB

0

Lent.az Ağstafada qəza zaman dünyasını dəyişən oğlanın fotosunu təqdim edir. 

 

 

İyun 15 saat 21:41

İyun ayının 15-də Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon sakini Vilayət Nəbiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan zaman yolun kənarında dayanmış Kamal Əsədova məxsus VAZ-2172 (Lada Priora) markalı avtomobil ilə toqquşub. Toqquşmadan əvvəl sərnişin, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov avtomobildən düşmək istəyib və bu zaman o, iki avtomobilin arasında qalaraq xəsarət alıb və aparıldığı Ağstafa rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir. 
 

***

21.27

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Qəza nəticəsində 1999-cu il təvəllüdlü Hidayət Hüseynov hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6715

Oxşar yazılar