Ağstafada  maşın aşdı,   iki nəfər...
30 sentyabr 2022 01:16 (UTC +04:00)

Ağstafada maşın aşdı, iki nəfər...

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil, yoldan çıxaraq aşıb.

Qəza zamanı 2000-ci il təvəllüdlü Alı Rüstəmov və 1976-cı il təvəllüdlü Xalis Qurbanov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

# 1839
avatar

Oxşar yazılar