Ağstafada  evakuatorla mikroavtobus   toqquşdu - YENİLƏNİB
07 oktyabr 2023 08:28 (UTC +04:00)

Ağstafada evakuatorla mikroavtobus toqquşdu - YENİLƏNİB

0

Ağstafada evakuatorla mikroavtobusun toqquşması nəticəsində xəsarət alanların sayı artıb.

Lent.az xəbərə verir ki, qəzada xəsarət alan daha üç nəfərin adı məlum olub.

Onların adı aşağıdakı kimidir:

Təranə Tomtiyeva (1988);

Şərifə Qasımova (1971);

Nərimin Məmmədova (2005).

***

Saat 08:15

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

Ağstafa-Qazax marşurutu hərəkət edən mikroavtobus evakuatorla toqquşub.

Qəza zamanı mikroavtobusun sənişinləri, 1981-ci il təvəllüdlü Afət Məmmədova və 1982-ci il təvəllüdlü Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Fakla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3603

Oxşar yazılar