Tayşet rayonunda oğul atasını güllələyərək öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaq versiyasına görə, oğul Tayşet rayonunun Yelanka kəndindəki evdə qəsdən atasını kürəyindən güllələyib. 66 yaşlı kişi hadisə yerindəcə ölüb.
Oğul polisə deyib ki, guya atası ağır xəstəliyə yoluxduğu üçün intihar edib. Ancaq sonradan atasını öldürdüyünü boynuna alıb.
Onun dediyinə görə, bu addımı ilə atasını əzab çəkməkdən xilas etmək istəyib.