Bu gün axşam saatlarında Ağdaş rayonunda 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək həyatına qəsd edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışmış M.Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə DİO-dan xaric edilib.
Faktla bağlı araşdırma aparılır.
Lent.az xəbər verir ki, 28 yaşlı Məhərrəm Hüseynov sevdiyi qızın ona verilməməsi səbəbindən həyatına qəsd edib.