Ağdamda mina PARTLADI:  ayağını kəsdilər
28 may 2024 10:46 (UTC +04:00)

Ağdamda mina PARTLADI: ayağını kəsdilər

Mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 27 yaşlı Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub.

Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir.

***

Ağdamda mina partlayışı olub.

Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, mayın 28-də işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

Agentliyin əməkdaşı 27 yaşlı Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964
avatar

Oxşar yazılar