Yanğın xidməti Ağdamda faəliyyətə başladı
17 dekabr 2020 13:14 (UTC +04:00)

Yanğın xidməti Ağdamda faəliyyətə başladı

Ağdamda FHN-in yanğın xidməti fəaliyyətə başladı

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

FHN-dən Lent.az-a verilən məlumata görə, Ağdam rayonu, Qızıl Kəngərli kəndində Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. 

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804
avatar

Mehman Nəbiyev

Oxşar yazılar