Ağcabədidə "Jiquli" ağaca çırpıldı, sürücü öldü
22 mart 2023 19:37 (UTC +04:00)

Ağcabədidə "Jiquli" ağaca çırpıldı, sürücü öldü

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə martın 22-i saat 2:30-da qeydə alınıb. Feziyev Yadigar Tofiq oğlunun idarə etdiyi “VAZ 21074” markalı avtomobil Ağcabədi-Ağdam avtomobil yolunda hərəkətdə olarkən  idarəetmədən çıxaraq yolun sol tərəfində olan ağaclara çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Mehman Nəbiyev

Oxşar yazılar