Ağcabədi sakinləri Şəkidə qəzaya düşdü
11 sentyabr 2022 20:43 (UTC +04:00)

Ağcabədi sakinləri Şəkidə qəzaya düşdü

0

Ağcabədi rayon sakinləri Şəkidə yol qəzasına düşüblər.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam  saatlarında  rayonun Baş Zəyzid kəndi ərazisində baş verib.

Ağcabədi rayon sakini Ziyad Əliyev idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb. Qəza zamanı sürücü Z.Əliyev xəsarət almasa da, onun sərnişini - 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Pənah Əfqan oğlu Alıyev aldığı xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2327

Oxşar yazılar