Aeroportda əcnəbinin cibindən 14 milyonluq qızıl  tapıldı
30 aprel 2025 16:28 (UTC +04:00)

Aeroportda əcnəbinin cibindən 14 milyonluq qızıl tapıldı

Xarici vətəndaş Rusiyaya dəyəri təxminən 14 milyon rubl olan zinət əşyaları gətirməyə cəhd edib. O, “yaşıl dəhliz”dən keçərkən gömrükçülər bəyan edilməli olan bilərziklər, sırğalar və digər əşyalar aşkar ediblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, İstanbuldan gələn vətəndaşın yanında məşhur brendlərə məxsus 15 ədəd qızıl-zinət əşyası olub. Onlar hava limanının çıxışında təsadüfi yoxlamalar zamanı əl metal detektoru vasitəsilə aşkar ediliblər. Mütəxəssis müəyyən edib ki, bütün zinət əşyaları orijinaldır. Almaz, ametist və malaxit əlavələri olan 750 karatlıq qızıldan hazırlanıb.

Əcnəbi nəzərə almayıb ki, dəyəri 10 min avrodan çox olan qiymətli əşyaları sərhəddən keçirərkən, bu məbləğdən artıq olan dəyərin 30 faizini təşkil edən rüsum ödənilməlidir. O, sadəcə olaraq zinət əşyalarını şalvarının ciblərinə doldurub və ölkəyə qaçaq yolla keçirməyə ümid edib. Əcnəbinin sözlərinə görə, o, zinət əşyalarını dostları və həmkarları üçün hədiyyə kimi aparırmış.

Nəticədə strateji əhəmiyyətli malların, sərvətlərin və ya mədəni sərvətlərin külli miqdarda sərhəddən keçirilməsinə görə cəza nəzərdə tutan maddə ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1867

Oxşar yazılar

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ  - VİDEO

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ - VİDEO

14 iyun 2025 , 22:27
İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

14 iyun 2025 , 22:19
İntizam Məmmədov həbs olundu

İntizam Məmmədov həbs olundu

14 iyun 2025 , 22:02
Şəkidə yük maşını aşdı, ölən var

Şəkidə yük maşını aşdı, ölən var

14 iyun 2025 , 19:51
4 uşaq qazdan zəhərləndi, ikisi öldü

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

14 iyun 2025 , 17:45
Lənkəranda yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğuldu

14 iyun 2025 , 17:33
İrandan qarpız gətirən maşından 207 kilo narkotik  çıxdı

İrandan qarpız gətirən maşından 207 kilo narkotik çıxdı

14 iyun 2025 , 16:58
Aktyor göldə boğulub öldü

Aktyor göldə boğulub öldü

14 iyun 2025 , 16:49