Abşeronda yaşayış binasında yanğın söndürüldü
20 sentyabr 2023 04:19 (UTC +04:00)

Abşeronda yaşayış binasında yanğın söndürüldü

0

Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2620

Oxşar yazılar