Abşeronda təmir olunan maşının mühərriki oğurlandı
20 sentyabr 2023 16:15 (UTC +04:00)

Abşeronda təmir olunan maşının mühərriki oğurlandı

0

Abşeronda avtomobil təmir sexindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 9-na keçən gecə Mehdiabad qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birində “İsuzu” markalı avtomobilin 1500 manat dəyərində mühərrik hissəsi oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov və Beyləqan rayon sakini İ.Əsgərov saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2585

Oxşar yazılar