Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Novxanı qəsəbəsindən Saray istiqamətinə gedən şossedə qeydə alınıb.
“Toyota” markalı avtomobil kəsişmədə olan eyni markalı avtomobilin qarşısına çıxıb.
Bu zaman eyni markalı avtomobillər toqquşub.
Qəza nəticəsində iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.