Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki 2 evdən oğurluq faktı ilə bağlı daxil olan müraciət üzrə bir evdən 5015 manat pul, 5655 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 3500 manat pul, 7000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhə bilinən şəxs müəyyən olunub.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis silsilə oğurluq əməllərində şübhəli bilinən Saray qəsəbə sakini, əvvələr Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan 29 yaşlı Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilb.
T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun qəsəbədə digər yaşayış evlərindən külli miqdarda, müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını talaması sübuta yetirilib.
Şübhəli şəxsin barəsində Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.