Abşeron rayonu ərazisində Saray qəsəbə sakininin bank kartından hesabındakı 1230 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Raqif Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun Xırdalan şəhər sakini olan daha bir nəfərin bank kartından hesabındakı 931 manatını oğurlaması da məlum olub.