Zibilxanadan külli miqdarda silah-sursat tapıldı
01 iyul 2020 10:53 (UTC +04:00)

Zibilxanadan külli miqdarda silah-sursat tapıldı

Xaçmaz rayon Polis Şöbəsinə Niyazabad kəndi ərazisində yerləşən məişət tullantıları yığılan ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan  Lent.az-a verilən məlumata görə, dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən 6 ədəd üzərində partladıcısı olmayan F-1 əl qumbarası, 361 ədəd 7.62 mm-lik, 96 ədəd 5.45 mm-lik, 16 ədəd 9 mm-lik, 7 ədəd 12.7 mm-lik və 14.5mm-lik patronlar aşkar olunub. 

Polis əməkdaşları aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1624
avatar

Mehman Nəbiyev

Oxşar yazılar