Zaqatalada dördotaqlı ev yandı
05 may 2020 08:16 (UTC +04:00)

Zaqatalada dördotaqlı ev yandı

 

Zaqatalada fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, gecə saat 01:30 radələrində rayonun Göyəm kəndində kənd sakini Solmaz Bəşirovaya məxsus, ümumi sahəsi 80 kv/m olan kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Oxşar yazılar