İyulun 17-də saat 11 radələrində Cəlilabad rayonunun Təklə kəndi ərazisində kənd sakini F. Mirzəyev “QAZ-53” markalı avtomobili idarə edərkən avtomobilin çöl hissəsindəki ayaqaltıda dayanmış qohumu Sübhan Babayev yıxılaraq nəqliyyat vasitəsinin altında qalıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, S. Babayev xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.