Yol qəzasında ağır xəsarət alan sərnişin öldü - FOTO - YENİLƏNİB
03 sentyabr 2020 02:53 (UTC +04:00)

Yol qəzasında ağır xəsarət alan sərnişin öldü - FOTO - YENİLƏNİB

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı "KamAz"la toqquşan "Ford" markalı avtomobildə olan sərnişin dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bərdə rayon sakini, 1991-ci il təvəllüdü İbrahimov Qabil Akif oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

***

02:10

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, pomidorla yüklənmiş "Ford" markall avtomobil arxadan mişar daşı ilə yüklü olan "KamAz" markalı avtomobilə çırpılıb. 

"Ford" markalı avtomobildə olan sərnişin ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

 

# 2134
avatar

Oxşar yazılar