Bakıda bıçaqlanma hadisəsi olub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, iyulun 31-də, saat 21 radələrində rayonun Mingəçevir küçəsi, ev 20/7 ünvanının qarşısında 1987-ci il təvəllüdlü Məlikov Seymur Məmmədhüseyn oğlu yeznəsi Hüseynov Elmir Mayıl oğlunu aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə bıçaqlayıb. E. Hüseynov qarın nahiyəsində qara ciyərin sol payının kəsilmiş-deşilmiş xəsarəti ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Faktla bağlı avqustun 1-də Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Seymur Məlikov şübhəli şəxs qismində tutulub.