Yevlaxda 3 gün əvvəl kanalda batan qadının meyiti tapıldı
31 yanvar 2020 13:31 (UTC +04:00)

Yevlaxda 3 gün əvvəl kanalda batan qadının meyiti tapıldı

0


Yevlaxda 3 gün əvvəl kanalda batan qadının meyiti tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şöhlə Səfər qızının axtarışları başa çatıb.

Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1848

Oxşar yazılar