Yeniyetmə dəm qazından zəhərlənərək öldü
28 noyabr 2020 09:01 (UTC +04:00)

Yeniyetmə dəm qazından zəhərlənərək öldü

0

Noyabrın 27-i axşam saat 22 radələrində Zaqatalanın Qazangül qəsəbə sakini, 2007-ci il təvəllüdlü Akif Eldar oğlu Xasiyev kamatoz vəziyyətdə rayon xəstəxanaya daxil olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, müayinə zamanı 13 yaşlı A.Xasiyevin yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi məlum olub. 

Həkimlərin səyinə baxmayaraq A.Xasiyev xəstəxanaya daxil olduqdan bir qədər sonra həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1223

Oxşar yazılar