Yaşayış yerini tərk edən daha bir koronavirus xəstəsinə CİNAYƏT İŞİ AÇILDI
24 noyabr 2020 02:12 (UTC +04:00)

Yaşayış yerini tərk edən daha bir koronavirus xəstəsinə CİNAYƏT İŞİ AÇILDI

Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi şəhər sakini, 1982-ci il təvəllüdlü Abbasov Ramiq Şamil oğlu saxlanılıb.  

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ev şəraitində müalicə alan şəxs karantin qaydalarını kobud şəkildə pozaraq həyat yoldaşı ilə birgə yaşadığı ünvanı tərk edib.  

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə R.Abbasov yaşadığı evə qaytarılıb, onun barəsində Şirvan ŞPŞ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

# 1342
avatar

Oxşar yazılar