Gəncə şəhərinin Kəpəz rayonunda "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb.
Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Saat: 13:13
Gəncədə yanacaqdoldurma məntəqəsindəki partlayışda 2 nəfər xəsarət alıb.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, xəsarət alanlardan birinə ambulator yardım göstərilərək evə buraxılıb, digəri isə xəstəxanadadır.
***
Saat: 12:43
Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış olub.
Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.
Əlavə məlumat veriləcək.