Hindistanın qərbindəki xəstəxanada baş verən yanğın nəticəsində 8 koronavirus xəstəsi həyatını itirib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, faciə Qudjarat ştatının Əhmədabad şəhərindəki Şrey xəstəxanasında qeydə alınıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə 15 maşın göndərilib. İntensiv terapiya şöbəsini bürüyən yanqın lokallaşdırılıb və yarım saata söndürülüb.
Məlumatda 35 pasiyentin digər xəstəxanalara göndərildiyi bildirilir.
Ştatın hökumət nümayəndəsinin sözlərinə görə, yanğına səbəb qısa qapanma olub.