Umtiti yeni komandasını seçdi
01 dekabr 2020 19:20 (UTC +04:00)

Umtiti yeni komandasını seçdi

0

İspaniyanın “Barselona” klubunun futbolçusu Samuel Umtiti gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçi İngiltərədə oynamaq niyyətindədir.

27 yaşlı arxa xətt oyunçusu “Everton”a keçməyə hazırdır. O, bu klubun baş məşqçisi Karlo Ançelottinin bəyəndiyi futbolçudur. Liverpullular Samueli icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Umtitinin transfer qiyməti 12 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1424

Oxşar yazılar