Tovuzda ev, Sumqayıtda dülgər sexi yanıb
13 oktyabr 2020 08:48 (UTC +04:00)

Tovuzda ev, Sumqayıtda dülgər sexi yanıb

Tovuz rayonunun Hunanlar kəndində ümumi sahəsi 104 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 54 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. 

Digər yanğın Sumqayıt şəhərində baş verib. Ümumi sahəsi 100 m² olan dülgər sexinin dam örtüyünün taxta atmaları və arakəsmə divarı 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar