Tələbəni maşın vurdu
01 fevral 2020 18:20 (UTC +04:00)

Tələbəni maşın vurdu

0

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərin Samux küçəsində “Niva” markalı avtomobil 2002-ci il təvəllüdlü Elnur Həsənovu vurub. Xəsarət alan gənc xəstəxanaya çatdırılıb. 

Qeyd edək ki, Elnur Həsənov Goranboy rayon sakinidir. Mingəçevirdə kolleclərdən birində təhsil alır. Hadisə də təhsil müəssisəsinin yaxınlığında baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1958

Oxşar yazılar