Texniki baxışla bağlı sürücülərə XƏBƏRDARLIQ
27 noyabr 2020 12:16 (UTC +04:00)

Texniki baxışla bağlı sürücülərə XƏBƏRDARLIQ

Dövlət Yol Polisi avtomobili texniki baxış müddəti keçən sürücülərə xəbərdarlıq edib.

Baş İdarədən Lent.az-a verilən məlumata görə, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış Bakı, Sumqayıt və Abşeron rayonu sakinləri avtomobillərini texniki baxışdan keçirmək üçün sakinləri aşağıdakı məntəqələrə üz tuta bilərlər:

"Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər".

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354
avatar

Mehman Nəbiyev

Oxşar yazılar