Samuxda taksi sürücüsünə qarşı quldurluq baş verib.
Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon Polis Şöbəsinə müraciət edən Kolayır kənd sakini Ə.Paşayev oktyabrın 6-da idarə etdiyi “Mersedes” markalı avtomobilə sərnişin qismində əyləmiş bir nəfərin onu bıçaqla hədələyərək 100 manat pulunu almasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lək kənd sakini R.Əliyev saxlanılıb.