Taksi sürücüsü bıçaqlandı
30 noyabr 2020 12:25 (UTC +04:00)

Taksi sürücüsü bıçaqlandı

0

Salyanda taksi sürücüsü bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Salyan-Şirvan magistralında qeydə alınıb. Salyan rayon sakini, 49 yaşlı Gülüşov Cəbrayıl Mirzəğa oğlu taksi kimi idarə etdiyi avtomobili 2 nəfər dayandırıb. Daha sonra həmin şəxslərdən biri ondan pul istəyib. Həmin anda onunla birgə olan digər şəxs onu arxadan bıçaqlayıb. Taksi sürücüsü yaralı vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1519

Oxşar yazılar