Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürüldü, komendant təyin olundu
12 noyabr 2020 12:52 (UTC +04:00)

Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürüldü, komendant təyin olundu

Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.

Lent.az-ın məlumatına görə, şöbə əməkdaşları artıq işğaldan azad edilən Şuşa şəhərindədir. Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür:” Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub”.

E. Zahidov onu da bildirib ki, Azərbaycanın inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Şuşa şəhəri noyabrın 8-də erməni işğalından azad edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1837

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25