Sumqayıt şəhərində avtomobil yolu çöküb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "İnşaatçılar" qəsəbəsinə gedən yolda Kamran Hüseynov küçəsində qeydə alınıb.
Belə ki, yolun bir hissəsi aşınmaya uğrayıb və ərazidə böyük çala yaranıb.
Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib, piyadaların ehtiyatlı olması üçün xəbərdarlıq edilib.
Sumqayıt Sukanal İdarəsindən APA-ya bildirilib ki, yolun köçməsinə kanalizasiya xəttində baş verən qəza səbəb olub.
Xatırladaq ki, sözügedən küçədə yolun çökməsi artıq beşinci dəfədir baş verir. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, bu, çökmənin qarşısını ala bilmir.